summaryrefslogtreecommitdiff
path: root/talermerchantdemos/blog/articles/az/why-free.html
blob: 95fb0710201b6b7bf32b5ebfbe9a12835f920218 (plain)
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
154
155
156
157
158
159
160
161
162
163
164
165
166
167
168
169
170
171
172
173
174
175
176
177
178
179
180
181
182
183
184
185
186
187
188
189
190
191
192
193
194
195
196
197
198
199
200
201
202
203
204
205
206
207
208
209
210
211
212
213
214
215
216
217
218
219
220
221
222
223
224
225
226
227
228
229
230
231
232
233
234
235
236
237
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
252
253
254
255
256
257
258
259
260
261
262
263
264
265
266
267
268
269
270
271
272
273
274
275
276
277
278
279
280
281
282
283
284
285
286
287
288
289
290
291
292
293
294
295
296
297
298
299
300
301
302
303
304
305
306
307
308
309
310
311
312
313
314
315
316
317
318
319
320
321
322
323
324
325
326
327
328
329
330
331
332
333
334
335
336
337
338
339
340
341
342
343
344
345
346
347
348
349
350
351
352
353
354
355
356
357
358
359
360
361
362
363
364
365
366
367
368
369
370
371
372
373
374
375
376
377
378
379
380
381
382
383
384
385
386
387
388
389
390
391
392
393
394
395
396
397
398
399
400
401
402
<!--#set var="PO_FILE" value=''
 --><!--#set var="ORIGINAL_FILE" value="/philosophy/why-free.html"
 --><!--#set var="DIFF_FILE" value=""
 --><!--#set var="OUTDATED_SINCE" value="2009-09-05" -->

<!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Strict//EN"
    "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-strict.dtd">
<html xmlns="http://www.w3.org/1999/xhtml" xml:lang="az" lang="az">

<!-- TRANSLATORS: This page was generated locally by GNUN. Please do
     not update it manually, update the corresponding PO file instead.
     The PO is archived in trans-coord task #14377 (file: orphan-POs.tar.gz).
     For more info, contact web-translators@gnu.org. -->

<head>
<!--#include virtual="/server/head-include-1.html" -->
<title>Nə üçün proqram təminatının sahibləri olmamalıdır - GNU Layihəsi - Azad
Proqram Təminatı Fondu (APTF)</title>

<meta name="Keywords" content="GNU, GNU Project, FSF, Free Software, Free Software Foundation, Why Software Should Not Have Owners" />

<!--#include virtual="/philosophy/po/why-free.translist" -->
<!--#include virtual="/server/banner.html" -->
<!--#include virtual="/server/outdated.html" -->
<h2>Nə üçün proqram təminatının sahibləri olmamalıdır</h2>

<p><a href="http://www.stallman.org/"><strong>Riçard Stollman</strong></a></p>

<p>
Rəqəmli informasiya texnologiyasının dünya ictimaiyyətinə verdiyi töhvə
informasiyanın asanlıqla surətinin çıxardılması və modifikasiya
edilməsidir. Kompyuterlər bu işi etməkdə bizə xeyli kömək edirlər.</p>

<p>
Heç də hamı bunun asan olmasını istəmir. Müəlliflik hüququ adlanan sistem
proqram təminatı “sahiblərinə” proqramdan gələn xeyri cəmiyyətin digər
üzvlərindən gizlətmələri üçün şərait yaradır. Onlar bizim istifadə etdiyimiz
proqram təminatını çoxaldan və modifikasiya edən yeganə şəxs olmağı
arzulayırlar.</p>

<p>
Müəlliflik hüququ sistemi kütləvi istehsal texnologiyası hesab edilən çap
etmə ilə mütənasib olaraq inkişaf edirdi. Müəlliflik hüququ bu texnologiya
ilə çox yaxşı uyğunlaşırdı. Çünki bu yalnız nüsxələrin kütləvi
istehsalçılarını məhdudlaşdırırdı. Bu kitab oxuyanlardan onların
azadlıqlarını almırdı. Mətbəəsi olmayan adi oxucu kitabın yalnız qələm və
mürəkkəb ilə surətini çixarda bilərdi və olduqca az sayda oxucu buna hüququ
şəkildə etiraz edirdi.</p>

<p>
Rəqəmli texnologiya mətbəəyə nisbətən daha rahatdır: informasiya rəqəmli
xüsusiyyətə malik olduqda siz asan bir şəkildə onun surətini çıxardıb,
digərləri ilə paylaşa bilərsiniz. Bu rahatlıq müəlliflik hüququ adlanan
sistemi qəti şəkildə qane etmir. Məhz bu səbəbdən müəlliflik hüququnun
müdafiəsi üçün son dərəcə eybəcər və sərt tədbirlərə əl atılır. Proqram
Təminatı İstehsalçıları Assosasiyasının (PTİA) (Software Publishers
Association) dörd iddiasına nəzər salaq:</p>

<ul>
<li>Kütləvi təbliğat dostunuza kömək etməklə sahibkara qulaq asmamağın yanlış
olduğunu bildirir.</li>

<li>Bəzi “şəxslər” tərəfdaşlarını satırlar.</li>

<li>Ofis və məktəblərə (polisin köməyilə) reydlər təşkil edilir və insanların
surətin çıxardılmasında günahsız olduqlarını sübut etmələri tələb olunur.</li>

<li>Masaçusets Texnoloji Universitetinin əməkdaşı David LaMakkia (David
LaMacchia) kimi şəxslərin məhkəmə (PTİA-nın xahişi əsasında ABŞ hökuməti)
tərəfindən izlənməsi həyata keçirilir. Bu şəxsin günahı heç də proqram
təminatının surətinin çıxardılması deyil, sadəcə olaraq surət çıxardan
avadanlığı nəzarətsiz buraxaraq, onun istifadəsinə məhdudiyyət qoya
bilməməsi idi.</li>
</ul>

<p>
Hər dörd hal keçmiş Sovet İttifaqında movcud hallara bənzəyir. Bu ölkədə hər
bir surət çıxardan aparatın gözətçisi var idi və fərdi şəxslər
informasiyanın surətini gizli şəkildə çıxardaraq, samizdat kimi əldən ələ
ötürürdülər. Əlbəttə burada bir fərq var idi: Sovet İttifaqında
informasiyaya nəzarət siyasi xarakter daşıyırdı; ABŞ-da isə bu gəlir
qazanmaq məqsədini güdürdü. Amma bu addımlar sonda bizə təsir edirdi. Nə
üçün edilməsindən asılı olmayaraq informasiyanın yayılmasının əleyhinə
yönəlmiş istənilən cəhd eyni məna kəsb edir.</p>

<p>
Sahibkarlar informasiyanın istifadəsinə nəzarət etmək məqsədilə bir neçə
dəlil təqdim edirlər:</p>

<ul>
<li id="name-calling">Ad

<p>
Sahibkarlar “piratlıq” və “oğurluq” kimi çirkin sözlər, mütəxəssislər isə
“intellektual mülk” və “zərər” kimi terminlərdən istifadə edərək
ictimaiyyətə bir düşüncə tərzi yeritməyə çalışırlar. Bu isə proqram və
fiziki əşyalar arasında sadə bir analogiyadır.</p>

<p>
Bizim maddi əşyalar üzərində mülkiyyətlə bağlı ideya və intuisiyalarımız
<em>bu əşyaların kimdənsə götürülməsinin</em> nə qədər düzgün olmasını əhatə
edir. Onlar birbaşa nəyinsə <em>surətinin çıxardılmasına</em> ehkam
vurmurlar (işarə etmirlər). Amma sahibkarlar hər halda qaydalara riayət
etməyi bizdən xahiş edirlər.</p></li>

<li id="exaggeration">Şişirtmə

<p>
Sahibkarlar deyirlər ki, istifadəçilər özləri proqramın surətini çıxardarkən
onlara “zərər” və ya “iqtisadi ziyan” dəyir. Lakin surət çıxartmaq sahibkara
birbaşa təsir etmir. Sahibkar o zaman itirir ki, surət çıxardan şəxs həmin
sahibkardan fərqli digərinə pul ödəmiş olsun.</p>

<p>
Bir qədər düşünsək görərik ki, bu şəxslərin əksəriyyəti surətləri
almazdılar. Buna baxmayaraq sahibkarlar yenə də “itkilərini”
hesablayırlar. Bu sadəcə şişirtmədən başqa bir şey deyil.</p></li>

<li id="law">Qanun

<p>
Sahibkarlar tez-tez qanunun cari vəziyyətindən və bizə hədə-qorxu gəlmək
üçün müxtəlif kobud cərimələrdən bəhs edirlər. Belə yanaşmada ehtimal ondan
ibarətdir ki, bu günün qanunu mənəviyyatın müzakirə obyekti olmayan
təsvirini təklif edir – bununla belə eyni zamanda biz təbii hal kimi bu
cərimələrə tabe olmağa vadar edilirik.</p>

<p>
Bu cür yanaşma tənqidi təfəkkürə müqavimət göstərmək məqsədini yox, vərdiş
halına çevrilmiş əqli düşüncə tərzini daha da gücləndirmək niyyətini güdür.</p>

<p>
Təəccüblü deyil ki, qanun nəyin düz, nəyin səhv olmasına qərar verə
bilmir. Hər bir amerikalı bilməlidir ki, qırx il bundan əvvəl bir çox
ştatlarda qara dərili şəxslərin avtobusun ön hissəsində əyləşmələri qanun
tərəfindən qadağan edilmişdi; amma yalnız irqçilər orada oturmağın səhv
olduğunu deyirdilər.</p></li>

<li id="natural-rights">Təbii hüquqlar

<p>
Müəlliflər tez-tez yazdıqları proqramlarla xüsusi bir əlaqələrinin olduğunu
iddia edirlər və inandırmağa çalışırlar ki, nəticə etibarilə onların
proqrama aid istəkləri və maraqları sadəcə olaraq digərlərinkindən – və ya
hətta dünyanın qalan hissəsinkindən daha üstündür. (Bir qayda olaraq,
proqramın müəlliflik hüquqlarının sahibi müəllif özü yox, şirkət olur. Amma
bunun bizim üçün heç bir fərqi yoxdur.)</p>

<p>
“Müəllif səndən daha vacibdir.” – Fikrini etik aksiom kimi təqdim edənlərə
mən yalnız onu deyə bilərəm ki, mən, tanınmış proqram təminatı müəllifi,
özüm bunu cəfəngiyyat adlandırıram.</p>

<p>
Amma ümumiyyətlə insanlar yəqin ki, iki səbəbə görə təbii hüquqlara
simpatiya hiss edirlər.</p>

<p>
Səbəblərdən biri maddi obyektlər arasındakı analogiyadır. Mən spagetti
bişirəndə obyekt duzəldirəm və kimsə onu yeyir, mən isə onu yeyə
bilmirəm. Onun bu hərəkəti mənə ona xeyir verdiyi qədər zərər vurur;
ikimizdən yalnız biri spagetti yeyə bilər. Elə isə kim? Aramızdakı cüzi fərq
etik balansı pozmağa kifayət edər.</p>

<p>
Yazdığım proqramı istifadə etsəniz və ya dəyişdirsəniz sizə birbaşa, mənə
isə yalnız dolayı yolla təsir edəcək. Dostunuza surətini versəniz belə bu
sizə və dostunuza məndən daha çox təsir edəcək. Mənim “bunu etməyin” demək
səlahiyyətim olmamalıdır. Yalnız mənim deyil, heç kimin.</p>

<p>
İkinci səbəb isə odur ki, müəlliflərin təbii hüquqlarının cəmiyyətimiz
tərəfindən qəbul edilmiş və mübahisə predmeti olmayan ənənə olduğu insanlara
aşılanır.</p>

<p>
Tarixən bunun əksi düz olub. Müəllifin təbii hüquqları ideyası ABŞ
Konstitusiyası tərtib olunan zaman irəli sürülmüşdü, amma qəti şəkildə rədd
edilmişdi. Məhz buna görə Konstitusiya yalnız müəlliflik hüqüqu sisteminə
<em>icazə verir</em> və <em>məcburi şəkildə hər hansı birini</em> tətbiq
etmir; bu səbəbdən müəlliflik hüququnun müvəqqəti olması qeyd olunur. Burada
o da bildirilir ki, müəlliflik hüququnun məqsədi inkişafa
köməkdir&mdash;müəllifləri mükafatlandırmaq deyil. Müəlliflik hüququ bu və
ya digər yolla müəllifləri, o cümlədən naşirləri də mükafatlandırır, amma bu
onların davranışının dəyişdirilməsi vasitəsi kimi təsvir edilir.</p>

<p>
Cəmiyyətimizin əsaslı surətdə möhkəmlənmiş ənənəsi ondan ibarətdir ki,
müəlliflik hüquqları cəmiyyətin təbii hüquqlarına nüfuz edir – və buna
yalnız cəmiyyətin xeyrinə xidmət etdikdə bəraət qazandırmaq olar.</p></li>

<li id="economics">İqtisadi faktor

<p>
Proqram təminatının sahiblərinin son dəlili daha çox proqram təminatı
istehsal etməklə bağlıdır.</p>

<p>
Digərlərindən fərqli olaraq bu dəlil məsələyə dair heç olmasa legitim
yanaşma hesab edilə bilər. Bu qanuni məqsədə əsaslanır – yəni proqram
təminatı istifadəçilərini razı salır. Təcrübədən də aydındır ki, insanlara
etdiklərə işə görə yaxşı maddi vəsait ödədikdə, onlar istehsalı da buna
uyğun şəkildə artıracaqlar.</p>

<p>
Amma iqtisadi faktorun da qüsuru var: burada fərq yalnız bizim nə qədər
ödəyəcəyimizlə bağlıdır. Bu faktora əsasən bizim istədiyimiz proqram
təminatının sahibinin olub-olmamasından asılı olmayaraq, <em>proqram
təminatı istehsalıdır</em>.</p>

<p>
İnsanlar bu ehtimalı qeyd-şərtsiz qəbul edirlər, çünki bu bizim maddi
obyektlərlə olan münasibıtimizə uyğun gəlir. Misal üçün buterbrod
götürək. Eyni buterbrodu siz həm pulsuz, həm də müəyyən məbləğ ödəməklə əldə
edə bilərsiniz. Əgər belədirsə, onda yeganə fərq ödədiyiniz
məbləğdir. Buterbrod eyni dada, eyni qidalılıq göstəricisinə malikdir və
istənilən halda siz onu bir dəfə yeyə bilərsiniz. Sahibdən alıb-almamağınız
buterbrod üçün ödədiyiniz məbləğdən başqa bir şeyə birbaşa təsir etməyəcək.</p>

<p>
Bu hər cür maddi obyekt üçün doğrudur – baxmayaraq ki, sahibin olub-olmaması
bunun nə olmasına və ya siz bunu əldə etdikdən sonra onunla nə edəcəyinizə
heç bir təsiri yoxdur.</p>

<p>
Əgər proqramın sahibi varsa, onda bunun nə olmasına və proqramın surətinin
birini aldıqdan sonra onunla nə edəcəyinizə təsir göstərəcək. Fərq yalnız
pulda deyil. Proqram təminatı sahibləri sistemi proqram təminatı sahiblərini
nə isə istehsal etməyə vadar edir – bu isə heç də həmişə cəmiyyətin ehtiyac
duyduğu bir şey olmur. Bu bizə təsir edəcək dərk edilməz etik çirklənməyə
səbəb olur.</p></li>

</ul>

<p>
Cəmiyyət nəyə ehtiyac hiss edir? Cəmiyyət vətəndaşlar üçün əlçatan olan
informasiyaya ehtiyac duyur – misal üçün, buraya yalnız işlətmək üçün deyil,
o cümlədən uyğunlaşdırılması və təkmilləşdirilməsi mümkün olan proqramlar da
daxildir. Proqram təminatı sahiblərinin təqdim etdikləri isə sadəcə olaraq
bizim öyrənə və ya dəyişdirə bilmədiyimiz qara qutudur.</p>

<p>
Cəmiyyətə azadlıq da lazımdır. Proqramın sahibi olduqda istifadəçilər şəxsi
həyatlarının bir hissəsini idarə etmək üçün lazım olan azadlıqlarını
itirirlər.</p>

<p>
Qeyd olunanlardan başqa cəmiyyət vətədaşlarında könüllü əməkdaşlıq ruhunu
təbliğ etməlidir. Proqram təminatı sahibləri bizim qonşuya köməyimizi
“piratlıq” kimi təqdim etdikdə, onlar cəmiyyətimizin mülki ruhunu
çirkləndirirlər.</p>

<p>
Buna görədir ki, biz <a href="/philosophy/free-sw.html">azad proqram
təminatının</a> maddi deyil, mənəvi məsələ olduğunu qeyd edirik.</p>

<p>
Sahibkarların irəli sürdükləri iqtisadi faktor yanlışdır. Bəziləri bundan
həzz aldıqları və bu işin vurğunu olduqları üçün proqram yazırlar; amma bir
halda ki, biz bu insanların yazdıqlarından daha çox proqram təminatı
istəyiriksə, onda bunun üçün vəsait toplamaq lazımdır.</p>

<p>
On ildir ki, azad proqram təminatını inkişaf etdirənlər vəsait toplamaq üçün
müxtəlif vasitələr tapmağa çalışmışlar. Burada məqsəd kimisə varlı etmək
deyil; orta səviyyəli ABŞ ailəsinin gəliri təxminən 35k dollardır. Bu isə
proqramlaşdırmadan fərqli digər işlərlə məşğul olmağa daha çox stimul verir.</p>

<p>
Ayrılan təqaüdlərə qədər mən yazdığım azad proqram təminatının sadə
təkmilləşdirilməsi yolu ilə pul qazanırdım. Hər bir yenilik standard
buraxılışa əlavə olunaraq ictimaiyyətə təqdim edilirdi. Müştərilər mənə
maddi vəsait verdiklərinə görə daha çox onların istədikləri yeniliklər
üzərində işləyirdim.</p>

<p>
Bəziləri isə dəstək xidmətlərini təklif etməklə vəsait yığırlar. 50 işçiyə
malik (məqalə yazılanda belə idi) Cygnus Support-un bildirdiyinə görə,
heyətin fəaliyyətinin 15%-i təxminən azad proqram təminatının inkişafının
payına düşür – bu proqram təminatı ilə məşğul olan şirkət üçün qənaətbəxş
faizdir.</p>

<p>
İntel, Motorola, Texas İnstruments və Analog Devices kimi şirkətlər C dili
üçün azad GNU kompilyatorunun təkmilləşdirilməsinin maliyyələşdirmək üçün
bir araya gəliblər. Ada dili üçün GNU kompilyatoru isə ABŞ Hava Qüvvələri
tərəfindən maliyyələşdirilir. ABŞ Hava Qüvvələri bunun yüksək keyfiyyətli
kompilyator əldə etməyin ən dəyərli üsul olduğunu bildirirlər.[Hava
Qüvvələrinin maliyyələşdirmə fəaliyyəti dayandırılıb; GNU Ada kompilyatoru
artıq işləyir və onun dəstəklənməsinin maliyyələşdirilməsi kommersiya
xarakteri daşıyır.]</p>

<p>
Bütün bu misallar heç də kifayət deyil; azad proqram təminatı hərəkatı hələ
kiçik və cavandır. Amma bu ölkədə [ABŞ] dinləyicilər tərəfindən dəstəklənən
radionun olması heç bir məbləğ ödəmədən geniş aksiyanın dəstəkləməsinin
mümkün olduğunu göstərir.</p>

<p>
Kompyuter istifadəçisi kimi siz <a
href="/philosophy/categories.html#ProprietarySoftware">mülkiyyət
xarakterli</a> proqramdan istifadə edərək özünüzü dərk edə
bilərsiniz. Dostunuz sizdən proqramın surətinin çıxardılmasını istəyirsə,
imtina etməyiniz heç də yaxşı olmazdı. Əməkdaşlıq müəlliflik hüququndan daha
vacibdir. Gizli əməkdaşlığın isə cəmiyyətə xeyri yoxdur. İnsan gərək dogru,
dürüst, qürurla yaşamağa can atsın. Bu isə mülkiyyət xarakterli proqram
təminatına “Xeyr” deməkdir.</p>

<p>
Siz digər proqram təminatı istifadəçilərilə azad və açıq şəkildə əməkdaşlıq
etməyə layiqsiniz. Siz proqram təminatının necə işləməsini öyrənməyə və bunu
tələbələrinizə öyrətməyə layiqsiniz. Siz proqram təminatı xarab olduqda
istədiyiniz proqramçını kirayələyib, onu düzəltdirməyə layiqsiniz.</p>

<p>
Bir sözlə, siz azad proqram təminatına layiqsiniz.</p>

<hr class="thin" />
<blockquote id="fsfs"><p class="big">Bu məqalə <a
href="http://shop.fsf.org/product/free-software-free-society/"><cite>Free
Software, Free Society: The Selected Essays of Richard M. Stallman</cite>
(Azad Proqram Təminatı, Azad Cəmiyyət: Riçard M.Stollmanın Seçilmiş
Məqalələri)</a> toplusunda çap edilmişdir.</p></blockquote>

<div class="translators-notes">

<!--TRANSLATORS: Use space (SPC) as msgstr if you don't have notes.-->
</div>
</div>

<!-- for id="content", starts in the include above -->
<!--#include virtual="/server/footer.html" -->
<div id="footer">
<div class="unprintable">

<p>APTF və GNU ilə bağlı suallarınızı <a
href="mailto:gnu@gnu.org">&lt;gnu@gnu.org&gt;</a> elektron poçt ünvanına
göndərin. Bundan əlavə APTF ilə <a href="/contact/">digər vasıtələrlə də
əlaqə saxlamaq olar</a>. Işləməyən linklər və digər düzəlişləriniz (və ya
təklifləriniz) üçün elektron poçt ünvanı: <a
href="mailto:webmasters@gnu.org">&lt;webmasters@gnu.org&gt;</a>.</p>

<p>
<!-- TRANSLATORS: Ignore the original text in this paragraph,
        replace it with the translation of these two:

        We work hard and do our best to provide accurate, good quality
        translations.  However, we are not exempt from imperfection.
        Please send your comments and general suggestions in this regard
        to <a href="mailto:web-translators@gnu.org">

        &lt;web-translators@gnu.org&gt;</a>.</p>

        <p>For information on coordinating and submitting translations of
        our web pages, see <a
        href="/server/standards/README.translations.html">Translations
        README</a>. -->
Bu məqalənin idarə olunması və tərcüməsi ilə əlaqədar məlumat almaq üçün <a
href="/server/standards/README.translations.html">Tərcümələr üzrə oxuməni
faylına</a> müraciət edin.</p>
</div>

<!-- Regarding copyright, in general, standalone pages (as opposed to
     files generated as part of manuals) on the GNU web server should
     be under CC BY-ND 3.0 US.  Please do NOT change or remove this
     without talking with the webmasters or licensing team first.
     Please make sure the copyright date is consistent with the
     document.  For web pages, it is ok to list just the latest year the
     document was modified, or published.
     
     If you wish to list earlier years, that is ok too.
     Either "2001, 2002, 2003" or "2001-2003" are ok for specifying
     years, as long as each year in the range is in fact a copyrightable
     year, i.e., a year in which the document was published (including
     being publicly visible on the web or in a revision control system).
     
     There is more detail about copyright years in the GNU Maintainers
     Information document, www.gnu.org/prep/maintain. -->
<p>Copyright 1994 Richard Stallman</p>

<p>This page is licensed under a <a rel="license"
href="http://creativecommons.org/licenses/by-nd/4.0/">Creative
Commons Attribution-NoDerivatives 4.0 International License</a>.</p>

<!--#include virtual="/server/bottom-notes.html" -->
<div class="translators-credits">

<!--TRANSLATORS: Use space (SPC) as msgstr if you don't want credits.-->
Translation: Igrar Huseynov
</div>

<p class="unprintable"><!-- timestamp start -->
Yenilənib:

$Date: 2020/07/05 15:09:13 $

<!-- timestamp end -->
</p>
</div>
</div>
</body>
</html>