summaryrefslogtreecommitdiff
path: root/talermerchantdemos/blog/articles/az/why-free.html
diff options
context:
space:
mode:
Diffstat (limited to 'talermerchantdemos/blog/articles/az/why-free.html')
-rw-r--r--talermerchantdemos/blog/articles/az/why-free.html402
1 files changed, 402 insertions, 0 deletions
diff --git a/talermerchantdemos/blog/articles/az/why-free.html b/talermerchantdemos/blog/articles/az/why-free.html
new file mode 100644
index 0000000..95fb071
--- /dev/null
+++ b/talermerchantdemos/blog/articles/az/why-free.html
@@ -0,0 +1,402 @@
+<!--#set var="PO_FILE" value=''
+ --><!--#set var="ORIGINAL_FILE" value="/philosophy/why-free.html"
+ --><!--#set var="DIFF_FILE" value=""
+ --><!--#set var="OUTDATED_SINCE" value="2009-09-05" -->
+
+<!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Strict//EN"
+ "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-strict.dtd">
+<html xmlns="http://www.w3.org/1999/xhtml" xml:lang="az" lang="az">
+
+<!-- TRANSLATORS: This page was generated locally by GNUN. Please do
+ not update it manually, update the corresponding PO file instead.
+ The PO is archived in trans-coord task #14377 (file: orphan-POs.tar.gz).
+ For more info, contact web-translators@gnu.org. -->
+
+<head>
+<!--#include virtual="/server/head-include-1.html" -->
+<title>Nə üçün proqram təminatının sahibləri olmamalıdır - GNU Layihəsi - Azad
+Proqram Təminatı Fondu (APTF)</title>
+
+<meta name="Keywords" content="GNU, GNU Project, FSF, Free Software, Free Software Foundation, Why Software Should Not Have Owners" />
+
+<!--#include virtual="/philosophy/po/why-free.translist" -->
+<!--#include virtual="/server/banner.html" -->
+<!--#include virtual="/server/outdated.html" -->
+<h2>Nə üçün proqram təminatının sahibləri olmamalıdır</h2>
+
+<p><a href="http://www.stallman.org/"><strong>Riçard Stollman</strong></a></p>
+
+<p>
+Rəqəmli informasiya texnologiyasının dünya ictimaiyyətinə verdiyi töhvə
+informasiyanın asanlıqla surətinin çıxardılması və modifikasiya
+edilməsidir. Kompyuterlər bu işi etməkdə bizə xeyli kömək edirlər.</p>
+
+<p>
+Heç də hamı bunun asan olmasını istəmir. Müəlliflik hüququ adlanan sistem
+proqram təminatı “sahiblərinə” proqramdan gələn xeyri cəmiyyətin digər
+üzvlərindən gizlətmələri üçün şərait yaradır. Onlar bizim istifadə etdiyimiz
+proqram təminatını çoxaldan və modifikasiya edən yeganə şəxs olmağı
+arzulayırlar.</p>
+
+<p>
+Müəlliflik hüququ sistemi kütləvi istehsal texnologiyası hesab edilən çap
+etmə ilə mütənasib olaraq inkişaf edirdi. Müəlliflik hüququ bu texnologiya
+ilə çox yaxşı uyğunlaşırdı. Çünki bu yalnız nüsxələrin kütləvi
+istehsalçılarını məhdudlaşdırırdı. Bu kitab oxuyanlardan onların
+azadlıqlarını almırdı. Mətbəəsi olmayan adi oxucu kitabın yalnız qələm və
+mürəkkəb ilə surətini çixarda bilərdi və olduqca az sayda oxucu buna hüququ
+şəkildə etiraz edirdi.</p>
+
+<p>
+Rəqəmli texnologiya mətbəəyə nisbətən daha rahatdır: informasiya rəqəmli
+xüsusiyyətə malik olduqda siz asan bir şəkildə onun surətini çıxardıb,
+digərləri ilə paylaşa bilərsiniz. Bu rahatlıq müəlliflik hüququ adlanan
+sistemi qəti şəkildə qane etmir. Məhz bu səbəbdən müəlliflik hüququnun
+müdafiəsi üçün son dərəcə eybəcər və sərt tədbirlərə əl atılır. Proqram
+Təminatı İstehsalçıları Assosasiyasının (PTİA) (Software Publishers
+Association) dörd iddiasına nəzər salaq:</p>
+
+<ul>
+<li>Kütləvi təbliğat dostunuza kömək etməklə sahibkara qulaq asmamağın yanlış
+olduğunu bildirir.</li>
+
+<li>Bəzi “şəxslər” tərəfdaşlarını satırlar.</li>
+
+<li>Ofis və məktəblərə (polisin köməyilə) reydlər təşkil edilir və insanların
+surətin çıxardılmasında günahsız olduqlarını sübut etmələri tələb olunur.</li>
+
+<li>Masaçusets Texnoloji Universitetinin əməkdaşı David LaMakkia (David
+LaMacchia) kimi şəxslərin məhkəmə (PTİA-nın xahişi əsasında ABŞ hökuməti)
+tərəfindən izlənməsi həyata keçirilir. Bu şəxsin günahı heç də proqram
+təminatının surətinin çıxardılması deyil, sadəcə olaraq surət çıxardan
+avadanlığı nəzarətsiz buraxaraq, onun istifadəsinə məhdudiyyət qoya
+bilməməsi idi.</li>
+</ul>
+
+<p>
+Hər dörd hal keçmiş Sovet İttifaqında movcud hallara bənzəyir. Bu ölkədə hər
+bir surət çıxardan aparatın gözətçisi var idi və fərdi şəxslər
+informasiyanın surətini gizli şəkildə çıxardaraq, samizdat kimi əldən ələ
+ötürürdülər. Əlbəttə burada bir fərq var idi: Sovet İttifaqında
+informasiyaya nəzarət siyasi xarakter daşıyırdı; ABŞ-da isə bu gəlir
+qazanmaq məqsədini güdürdü. Amma bu addımlar sonda bizə təsir edirdi. Nə
+üçün edilməsindən asılı olmayaraq informasiyanın yayılmasının əleyhinə
+yönəlmiş istənilən cəhd eyni məna kəsb edir.</p>
+
+<p>
+Sahibkarlar informasiyanın istifadəsinə nəzarət etmək məqsədilə bir neçə
+dəlil təqdim edirlər:</p>
+
+<ul>
+<li id="name-calling">Ad
+
+<p>
+Sahibkarlar “piratlıq” və “oğurluq” kimi çirkin sözlər, mütəxəssislər isə
+“intellektual mülk” və “zərər” kimi terminlərdən istifadə edərək
+ictimaiyyətə bir düşüncə tərzi yeritməyə çalışırlar. Bu isə proqram və
+fiziki əşyalar arasında sadə bir analogiyadır.</p>
+
+<p>
+Bizim maddi əşyalar üzərində mülkiyyətlə bağlı ideya və intuisiyalarımız
+<em>bu əşyaların kimdənsə götürülməsinin</em> nə qədər düzgün olmasını əhatə
+edir. Onlar birbaşa nəyinsə <em>surətinin çıxardılmasına</em> ehkam
+vurmurlar (işarə etmirlər). Amma sahibkarlar hər halda qaydalara riayət
+etməyi bizdən xahiş edirlər.</p></li>
+
+<li id="exaggeration">Şişirtmə
+
+<p>
+Sahibkarlar deyirlər ki, istifadəçilər özləri proqramın surətini çıxardarkən
+onlara “zərər” və ya “iqtisadi ziyan” dəyir. Lakin surət çıxartmaq sahibkara
+birbaşa təsir etmir. Sahibkar o zaman itirir ki, surət çıxardan şəxs həmin
+sahibkardan fərqli digərinə pul ödəmiş olsun.</p>
+
+<p>
+Bir qədər düşünsək görərik ki, bu şəxslərin əksəriyyəti surətləri
+almazdılar. Buna baxmayaraq sahibkarlar yenə də “itkilərini”
+hesablayırlar. Bu sadəcə şişirtmədən başqa bir şey deyil.</p></li>
+
+<li id="law">Qanun
+
+<p>
+Sahibkarlar tez-tez qanunun cari vəziyyətindən və bizə hədə-qorxu gəlmək
+üçün müxtəlif kobud cərimələrdən bəhs edirlər. Belə yanaşmada ehtimal ondan
+ibarətdir ki, bu günün qanunu mənəviyyatın müzakirə obyekti olmayan
+təsvirini təklif edir – bununla belə eyni zamanda biz təbii hal kimi bu
+cərimələrə tabe olmağa vadar edilirik.</p>
+
+<p>
+Bu cür yanaşma tənqidi təfəkkürə müqavimət göstərmək məqsədini yox, vərdiş
+halına çevrilmiş əqli düşüncə tərzini daha da gücləndirmək niyyətini güdür.</p>
+
+<p>
+Təəccüblü deyil ki, qanun nəyin düz, nəyin səhv olmasına qərar verə
+bilmir. Hər bir amerikalı bilməlidir ki, qırx il bundan əvvəl bir çox
+ştatlarda qara dərili şəxslərin avtobusun ön hissəsində əyləşmələri qanun
+tərəfindən qadağan edilmişdi; amma yalnız irqçilər orada oturmağın səhv
+olduğunu deyirdilər.</p></li>
+
+<li id="natural-rights">Təbii hüquqlar
+
+<p>
+Müəlliflər tez-tez yazdıqları proqramlarla xüsusi bir əlaqələrinin olduğunu
+iddia edirlər və inandırmağa çalışırlar ki, nəticə etibarilə onların
+proqrama aid istəkləri və maraqları sadəcə olaraq digərlərinkindən – və ya
+hətta dünyanın qalan hissəsinkindən daha üstündür. (Bir qayda olaraq,
+proqramın müəlliflik hüquqlarının sahibi müəllif özü yox, şirkət olur. Amma
+bunun bizim üçün heç bir fərqi yoxdur.)</p>
+
+<p>
+“Müəllif səndən daha vacibdir.” – Fikrini etik aksiom kimi təqdim edənlərə
+mən yalnız onu deyə bilərəm ki, mən, tanınmış proqram təminatı müəllifi,
+özüm bunu cəfəngiyyat adlandırıram.</p>
+
+<p>
+Amma ümumiyyətlə insanlar yəqin ki, iki səbəbə görə təbii hüquqlara
+simpatiya hiss edirlər.</p>
+
+<p>
+Səbəblərdən biri maddi obyektlər arasındakı analogiyadır. Mən spagetti
+bişirəndə obyekt duzəldirəm və kimsə onu yeyir, mən isə onu yeyə
+bilmirəm. Onun bu hərəkəti mənə ona xeyir verdiyi qədər zərər vurur;
+ikimizdən yalnız biri spagetti yeyə bilər. Elə isə kim? Aramızdakı cüzi fərq
+etik balansı pozmağa kifayət edər.</p>
+
+<p>
+Yazdığım proqramı istifadə etsəniz və ya dəyişdirsəniz sizə birbaşa, mənə
+isə yalnız dolayı yolla təsir edəcək. Dostunuza surətini versəniz belə bu
+sizə və dostunuza məndən daha çox təsir edəcək. Mənim “bunu etməyin” demək
+səlahiyyətim olmamalıdır. Yalnız mənim deyil, heç kimin.</p>
+
+<p>
+İkinci səbəb isə odur ki, müəlliflərin təbii hüquqlarının cəmiyyətimiz
+tərəfindən qəbul edilmiş və mübahisə predmeti olmayan ənənə olduğu insanlara
+aşılanır.</p>
+
+<p>
+Tarixən bunun əksi düz olub. Müəllifin təbii hüquqları ideyası ABŞ
+Konstitusiyası tərtib olunan zaman irəli sürülmüşdü, amma qəti şəkildə rədd
+edilmişdi. Məhz buna görə Konstitusiya yalnız müəlliflik hüqüqu sisteminə
+<em>icazə verir</em> və <em>məcburi şəkildə hər hansı birini</em> tətbiq
+etmir; bu səbəbdən müəlliflik hüququnun müvəqqəti olması qeyd olunur. Burada
+o da bildirilir ki, müəlliflik hüququnun məqsədi inkişafa
+köməkdir&mdash;müəllifləri mükafatlandırmaq deyil. Müəlliflik hüququ bu və
+ya digər yolla müəllifləri, o cümlədən naşirləri də mükafatlandırır, amma bu
+onların davranışının dəyişdirilməsi vasitəsi kimi təsvir edilir.</p>
+
+<p>
+Cəmiyyətimizin əsaslı surətdə möhkəmlənmiş ənənəsi ondan ibarətdir ki,
+müəlliflik hüquqları cəmiyyətin təbii hüquqlarına nüfuz edir – və buna
+yalnız cəmiyyətin xeyrinə xidmət etdikdə bəraət qazandırmaq olar.</p></li>
+
+<li id="economics">İqtisadi faktor
+
+<p>
+Proqram təminatının sahiblərinin son dəlili daha çox proqram təminatı
+istehsal etməklə bağlıdır.</p>
+
+<p>
+Digərlərindən fərqli olaraq bu dəlil məsələyə dair heç olmasa legitim
+yanaşma hesab edilə bilər. Bu qanuni məqsədə əsaslanır – yəni proqram
+təminatı istifadəçilərini razı salır. Təcrübədən də aydındır ki, insanlara
+etdiklərə işə görə yaxşı maddi vəsait ödədikdə, onlar istehsalı da buna
+uyğun şəkildə artıracaqlar.</p>
+
+<p>
+Amma iqtisadi faktorun da qüsuru var: burada fərq yalnız bizim nə qədər
+ödəyəcəyimizlə bağlıdır. Bu faktora əsasən bizim istədiyimiz proqram
+təminatının sahibinin olub-olmamasından asılı olmayaraq, <em>proqram
+təminatı istehsalıdır</em>.</p>
+
+<p>
+İnsanlar bu ehtimalı qeyd-şərtsiz qəbul edirlər, çünki bu bizim maddi
+obyektlərlə olan münasibıtimizə uyğun gəlir. Misal üçün buterbrod
+götürək. Eyni buterbrodu siz həm pulsuz, həm də müəyyən məbləğ ödəməklə əldə
+edə bilərsiniz. Əgər belədirsə, onda yeganə fərq ödədiyiniz
+məbləğdir. Buterbrod eyni dada, eyni qidalılıq göstəricisinə malikdir və
+istənilən halda siz onu bir dəfə yeyə bilərsiniz. Sahibdən alıb-almamağınız
+buterbrod üçün ödədiyiniz məbləğdən başqa bir şeyə birbaşa təsir etməyəcək.</p>
+
+<p>
+Bu hər cür maddi obyekt üçün doğrudur – baxmayaraq ki, sahibin olub-olmaması
+bunun nə olmasına və ya siz bunu əldə etdikdən sonra onunla nə edəcəyinizə
+heç bir təsiri yoxdur.</p>
+
+<p>
+Əgər proqramın sahibi varsa, onda bunun nə olmasına və proqramın surətinin
+birini aldıqdan sonra onunla nə edəcəyinizə təsir göstərəcək. Fərq yalnız
+pulda deyil. Proqram təminatı sahibləri sistemi proqram təminatı sahiblərini
+nə isə istehsal etməyə vadar edir – bu isə heç də həmişə cəmiyyətin ehtiyac
+duyduğu bir şey olmur. Bu bizə təsir edəcək dərk edilməz etik çirklənməyə
+səbəb olur.</p></li>
+
+</ul>
+
+<p>
+Cəmiyyət nəyə ehtiyac hiss edir? Cəmiyyət vətəndaşlar üçün əlçatan olan
+informasiyaya ehtiyac duyur – misal üçün, buraya yalnız işlətmək üçün deyil,
+o cümlədən uyğunlaşdırılması və təkmilləşdirilməsi mümkün olan proqramlar da
+daxildir. Proqram təminatı sahiblərinin təqdim etdikləri isə sadəcə olaraq
+bizim öyrənə və ya dəyişdirə bilmədiyimiz qara qutudur.</p>
+
+<p>
+Cəmiyyətə azadlıq da lazımdır. Proqramın sahibi olduqda istifadəçilər şəxsi
+həyatlarının bir hissəsini idarə etmək üçün lazım olan azadlıqlarını
+itirirlər.</p>
+
+<p>
+Qeyd olunanlardan başqa cəmiyyət vətədaşlarında könüllü əməkdaşlıq ruhunu
+təbliğ etməlidir. Proqram təminatı sahibləri bizim qonşuya köməyimizi
+“piratlıq” kimi təqdim etdikdə, onlar cəmiyyətimizin mülki ruhunu
+çirkləndirirlər.</p>
+
+<p>
+Buna görədir ki, biz <a href="/philosophy/free-sw.html">azad proqram
+təminatının</a> maddi deyil, mənəvi məsələ olduğunu qeyd edirik.</p>
+
+<p>
+Sahibkarların irəli sürdükləri iqtisadi faktor yanlışdır. Bəziləri bundan
+həzz aldıqları və bu işin vurğunu olduqları üçün proqram yazırlar; amma bir
+halda ki, biz bu insanların yazdıqlarından daha çox proqram təminatı
+istəyiriksə, onda bunun üçün vəsait toplamaq lazımdır.</p>
+
+<p>
+On ildir ki, azad proqram təminatını inkişaf etdirənlər vəsait toplamaq üçün
+müxtəlif vasitələr tapmağa çalışmışlar. Burada məqsəd kimisə varlı etmək
+deyil; orta səviyyəli ABŞ ailəsinin gəliri təxminən 35k dollardır. Bu isə
+proqramlaşdırmadan fərqli digər işlərlə məşğul olmağa daha çox stimul verir.</p>
+
+<p>
+Ayrılan təqaüdlərə qədər mən yazdığım azad proqram təminatının sadə
+təkmilləşdirilməsi yolu ilə pul qazanırdım. Hər bir yenilik standard
+buraxılışa əlavə olunaraq ictimaiyyətə təqdim edilirdi. Müştərilər mənə
+maddi vəsait verdiklərinə görə daha çox onların istədikləri yeniliklər
+üzərində işləyirdim.</p>
+
+<p>
+Bəziləri isə dəstək xidmətlərini təklif etməklə vəsait yığırlar. 50 işçiyə
+malik (məqalə yazılanda belə idi) Cygnus Support-un bildirdiyinə görə,
+heyətin fəaliyyətinin 15%-i təxminən azad proqram təminatının inkişafının
+payına düşür – bu proqram təminatı ilə məşğul olan şirkət üçün qənaətbəxş
+faizdir.</p>
+
+<p>
+İntel, Motorola, Texas İnstruments və Analog Devices kimi şirkətlər C dili
+üçün azad GNU kompilyatorunun təkmilləşdirilməsinin maliyyələşdirmək üçün
+bir araya gəliblər. Ada dili üçün GNU kompilyatoru isə ABŞ Hava Qüvvələri
+tərəfindən maliyyələşdirilir. ABŞ Hava Qüvvələri bunun yüksək keyfiyyətli
+kompilyator əldə etməyin ən dəyərli üsul olduğunu bildirirlər.[Hava
+Qüvvələrinin maliyyələşdirmə fəaliyyəti dayandırılıb; GNU Ada kompilyatoru
+artıq işləyir və onun dəstəklənməsinin maliyyələşdirilməsi kommersiya
+xarakteri daşıyır.]</p>
+
+<p>
+Bütün bu misallar heç də kifayət deyil; azad proqram təminatı hərəkatı hələ
+kiçik və cavandır. Amma bu ölkədə [ABŞ] dinləyicilər tərəfindən dəstəklənən
+radionun olması heç bir məbləğ ödəmədən geniş aksiyanın dəstəkləməsinin
+mümkün olduğunu göstərir.</p>
+
+<p>
+Kompyuter istifadəçisi kimi siz <a
+href="/philosophy/categories.html#ProprietarySoftware">mülkiyyət
+xarakterli</a> proqramdan istifadə edərək özünüzü dərk edə
+bilərsiniz. Dostunuz sizdən proqramın surətinin çıxardılmasını istəyirsə,
+imtina etməyiniz heç də yaxşı olmazdı. Əməkdaşlıq müəlliflik hüququndan daha
+vacibdir. Gizli əməkdaşlığın isə cəmiyyətə xeyri yoxdur. İnsan gərək dogru,
+dürüst, qürurla yaşamağa can atsın. Bu isə mülkiyyət xarakterli proqram
+təminatına “Xeyr” deməkdir.</p>
+
+<p>
+Siz digər proqram təminatı istifadəçilərilə azad və açıq şəkildə əməkdaşlıq
+etməyə layiqsiniz. Siz proqram təminatının necə işləməsini öyrənməyə və bunu
+tələbələrinizə öyrətməyə layiqsiniz. Siz proqram təminatı xarab olduqda
+istədiyiniz proqramçını kirayələyib, onu düzəltdirməyə layiqsiniz.</p>
+
+<p>
+Bir sözlə, siz azad proqram təminatına layiqsiniz.</p>
+
+<hr class="thin" />
+<blockquote id="fsfs"><p class="big">Bu məqalə <a
+href="http://shop.fsf.org/product/free-software-free-society/"><cite>Free
+Software, Free Society: The Selected Essays of Richard M. Stallman</cite>
+(Azad Proqram Təminatı, Azad Cəmiyyət: Riçard M.Stollmanın Seçilmiş
+Məqalələri)</a> toplusunda çap edilmişdir.</p></blockquote>
+
+<div class="translators-notes">
+
+<!--TRANSLATORS: Use space (SPC) as msgstr if you don't have notes.-->
+</div>
+</div>
+
+<!-- for id="content", starts in the include above -->
+<!--#include virtual="/server/footer.html" -->
+<div id="footer">
+<div class="unprintable">
+
+<p>APTF və GNU ilə bağlı suallarınızı <a
+href="mailto:gnu@gnu.org">&lt;gnu@gnu.org&gt;</a> elektron poçt ünvanına
+göndərin. Bundan əlavə APTF ilə <a href="/contact/">digər vasıtələrlə də
+əlaqə saxlamaq olar</a>. Işləməyən linklər və digər düzəlişləriniz (və ya
+təklifləriniz) üçün elektron poçt ünvanı: <a
+href="mailto:webmasters@gnu.org">&lt;webmasters@gnu.org&gt;</a>.</p>
+
+<p>
+<!-- TRANSLATORS: Ignore the original text in this paragraph,
+ replace it with the translation of these two:
+
+ We work hard and do our best to provide accurate, good quality
+ translations. However, we are not exempt from imperfection.
+ Please send your comments and general suggestions in this regard
+ to <a href="mailto:web-translators@gnu.org">
+
+ &lt;web-translators@gnu.org&gt;</a>.</p>
+
+ <p>For information on coordinating and submitting translations of
+ our web pages, see <a
+ href="/server/standards/README.translations.html">Translations
+ README</a>. -->
+Bu məqalənin idarə olunması və tərcüməsi ilə əlaqədar məlumat almaq üçün <a
+href="/server/standards/README.translations.html">Tərcümələr üzrə oxuməni
+faylına</a> müraciət edin.</p>
+</div>
+
+<!-- Regarding copyright, in general, standalone pages (as opposed to
+ files generated as part of manuals) on the GNU web server should
+ be under CC BY-ND 3.0 US. Please do NOT change or remove this
+ without talking with the webmasters or licensing team first.
+ Please make sure the copyright date is consistent with the
+ document. For web pages, it is ok to list just the latest year the
+ document was modified, or published.
+
+ If you wish to list earlier years, that is ok too.
+ Either "2001, 2002, 2003" or "2001-2003" are ok for specifying
+ years, as long as each year in the range is in fact a copyrightable
+ year, i.e., a year in which the document was published (including
+ being publicly visible on the web or in a revision control system).
+
+ There is more detail about copyright years in the GNU Maintainers
+ Information document, www.gnu.org/prep/maintain. -->
+<p>Copyright 1994 Richard Stallman</p>
+
+<p>This page is licensed under a <a rel="license"
+href="http://creativecommons.org/licenses/by-nd/4.0/">Creative
+Commons Attribution-NoDerivatives 4.0 International License</a>.</p>
+
+<!--#include virtual="/server/bottom-notes.html" -->
+<div class="translators-credits">
+
+<!--TRANSLATORS: Use space (SPC) as msgstr if you don't want credits.-->
+Translation: Igrar Huseynov
+</div>
+
+<p class="unprintable"><!-- timestamp start -->
+Yenilənib:
+
+$Date: 2020/07/05 15:09:13 $
+
+<!-- timestamp end -->
+</p>
+</div>
+</div>
+</body>
+</html>